Vətənim Media xəbər verir ki, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan Türkiyənin İmralı adasındakı həbsxananın yeni tikilmiş bölməsinə köçürülüb. APA-nın məlumatına görə, DEM Partiyasının İmralı nümayəndə heyətinin üzvü Mithat Sancar köçürülmənin Türkiyədəki sülh prosesini sürətləndirmək üçün imkan yarada biləcəyini bildirib.
Nümayəndə heyətinin digər üzvü Pervin Buldanın sözlərinə görə, yeni bölmə həbsxananın ərazisində yerləşir və Öcalanın iş şəraitini yaxşılaşdırmaq məqsədi daşıyır. Buldan köçürülmənin Öcalana yeni hüquqi və ya siyasi status vermədiyini deyib. Onun bildirdiyinə görə, Öcalan sülh və siyasiləşmə koordinatoru kimi prosesə töhfə vermək istəyir, lakin bu status rəsmiləşdirilməyib.
Əsas mənbə: APA
