Gəncədə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib olan “Qorunan Tarix Müasir Gəncliyin Gözündə” layihəsinin ilk təlimi keçirilib.
Layihənin əsas məqsədi gənclərin boş vaxtlarını səmərəli keçirmələrinə kömək etmək,qorunan tariximizi gənclərə daha ətraflı və dolğun şəkildə çatdırmaq,bugünkü tarixi qoruyaraq gələcək nəsillərə miras qoymağa kömək etməkdir.
Təlimi layihə rəhbəri Aysel Cəfərova qonaqları və iştirakçıları salamlayaraq açıq elan etmişdir. Layihə rəhbəri “Qorunan Tarix Müasir Gəncliyin Gözündə” layihəsinin ortaya qoyduğu problemlər və onların həllindən danışmışdır.Aysel Cəfərova daha sonra isə layihənin məqsədini bildirmişdir.Daha sonra isə təlimçi Mətanət Cəlalova tarixi mövzuda iştirakçılara təlim keçmişdir.
Tədbirdə həmçinin tarixçi Pərvanə Atakişiyeva tarixin incəlikləri haqqında məlumat vermişdir.
Təlim bitdikdən sonra isə Cavad xanın türbəsinə ekskursiya təşkil olunmuş və türbə haqqında iştirakçılara məlumat verilmişdir.

