Vahid Abdulla oğlu Musayev 15 noyabr 1947-ci ildə Bakı şəhərində doğulub.1955-ci ildə 176…

Şrift
Vahid Abdulla oğlu Musayev 15 noyabr 1947-ci ildə Bakı şəhərində doğulub.1955-ci ildə 176…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Vahid Abdulla oğlu Musayev 15 noyabr 1947-ci ildə Bakı şəhərində doğulub.1955-ci ildə 176….

Vahid Abdulla oğlu Musayev 15 noyabr 1947-ci ildə Bakı şəhərində doğulub.1955-ci ildə 176 №-li orta məktəbə gedib, 1966-cı ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirib. 1966-cı ildə Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olub və 1971-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1978–1981-ci illərdə Leninqrad Ali Hərbi Akademiyasında təhsil alıb.

1971-ci ildən zabit kimi Gürcüstan SSR-də hərbi xitmətə başlayıb. Gürcüstanda xidmətdə olarkən hərbi karyerasını davam etdirmək qərarına gəlib. 1981–1984 Gürcüstan (Axalkalakidə), 1984–1986 Afrika (Maputu), 1986–1988 Ukrayna (Jitomir), 1988–1990 Ukraynada (Vladimir-Volınskiy) hərbi xidmətdə olub.

Vladimir-Volıniskiy vilayətindən 1990-cı ildə deputat seçilib. 1992-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmətdə olub. Azərbaycan Respublikası müdafiə nazirinin müavini olub və müdafiə nazirinin səlahiyyətlərini icra edib(7-25 avqust1993).

8 yanvar 1999-cu ildə Qobustan həbsxanasında təşkil olunmuş qiyam zamanı qətlə yetirilib… ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗