Vətənim Media xəbər verir ki, Gəncədə şəhər sakini, 1959-cu il təvəllüdlü kişinin meyiti yaşadığı evdə tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Kişinin hansı şəraitdə öldüyü məlum deyil. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Əsas mənbə: APA
