Vətənim Media xəbər verir ki, CoinMarketCap məlumatına əsasən, Bitcoinin qiyməti son 24 saatda 5,88 faiz azalaraq 75 589,04 ABŞ dollarına enib. Son 7 gündə ucuzlaşma 3,23, son 30 gündə isə 10,08 faiz təşkil edib.
Digər əsas kriptovalyutalar da dəyər itirib: Ethereum 7,79 faiz ucuzlaşaraq 2 228,18 dollara, BNB isə 3,01 faiz azalaraq 691,98 dollara düşüb. CoinMarketCap 20 indeksi 6,04 faiz geriləyərək 153,60 bənd olub. Bitcoinin bazar kapitallaşması 1,52 trilyon dollara enib.
Əsas mənbə: APA
