Rövşən Ədalət oğlu Əliyev — həyatı və yaradıcılığı

Şrift
Rövşən Ədalət oğlu Əliyev — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Rövşən Ədalət oğlu Əliyev — həyatı və yaradıcılığı.

Rövşən Ədalət oğlu Əliyev 1965-ci ildə Ağstafa rayonunda doğulub. O, 1972-ci ildə orta təhsilini başa vuraraq Azərbaycan Dövlət Unverstitetinin Hüquq fakültəsinə qəbul olur və 1977-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirir, Bakı Şəhər Nəsimi Rayon Prokurorluğunda müstəntiq kimi əmək fəaliyyətinə başlayır. Sonralar Bakı şəhəri və respublika prokurorluqlarında prokuror-kriminalist, istintaq idarəsinin rəisinin və Bakı şəhər prokurorunun birinci müavini olub.1992-ci ildə isə Azərbaycan Respublikası Baş Prokurorunun müavini -Azərbaycan Respublikasının Hərbi Prokuroru vəzifəsinə təyin edilib.9 noyabr 1993-cü ildə isə vəzifəsindən azad olunub.

Rövşən Əliyev 1995-ci ildən ömrünün sonuna kimi Azərbaycan Respublikası Baş Prokurorluğunda ağır cinayətlərə dair istintaq idarəsinin kriminalistika şöbəsini rəisi və idarə rəisinin müavini vəzifələrində çalışıb. "Əməkdə igidliyə görə" medalı və "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif edilib. Azərbaycan Respublikasının ilk hərbi prokuroru olan Rövşən Əliyev 2002-ci il martın 13-də Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilib.

Bakıda dəfn olunub… ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗