Vətənim Media xəbər verir ki, Azərbaycan Dəmir Yolları (ADY) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar 7–10 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. ADY-nin APA-Economics-ə verdiyi məlumata görə, sərnişin tələbatını qarşılamaq üçün bir sıra istiqamətlərə əlavə reyslər təyin olunub.
Həmin günlərdə Bakı–Qəbələ qatarı Bakıdan saat 07:30-da, Qəbələdən isə 19:00-da yola düşəcək. Bakı–Ağstafa–Bakı marşrutunda qatarlar Bakıdan 09:20-də, Ağstafadan 17:15-də hərəkət edəcək. Bakı–Qazax–Bakı qatarları ənənəvi qrafiklə işləyəcək.
Noyabrın 8-də Gəncə–Mingəçevir–Gəncə reysləri də olacaq: qatar Gəncədən 07:15-də, Mingəçevirdən 08:40-da yola düşəcək. Abşeron dairəvi dəmir yolu üzrə 7–10 noyabrda qeyri-iş günlərinin cədvəli tətbiq ediləcək.
Əsas mənbə: APA
