Vətənim Media xəbər verir ki, Fransa Baş nazirinin ofisi Fransa hava məkanından keçən dörd təyyarədə bomba xəbərdarlığı qeydə alındığını bildirib.
APA-nın məlumatına görə, təyyarələr təhlükəsiz eniş edib. Bomba zərərsizləşdirmə qrupları yoxlama aparır. Avropada təyyarə reyslərinə yönələn bomba təhdidlərinin mənbəyi araşdırılır. Məlumatda bildirilir ki, əvvəlki gün Avropada 30-a yaxın aviareyslə bağlı saxta bomba xəbərdarlığı yayılıb.
Əsas mənbə: APA
