Vətənim Media xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 7-də Xankəndidə Qarabağ Universitetinin Kitabxanası və İnnovasiya Mərkəzi binalarının təməlqoyma mərasimlərində iştirak edib. APA-nın məlumatına görə, dövlət başçısına binalarda yaradılacaq şərait barədə məlumat verilib.
Dördmərtəbəli kitabxanada eyni vaxtda təxminən 1100 tələbənin istifadə edə biləcəyi oxu zalları, fərdi və qrup şəklində öyrənmə məkanları yaradılması planlaşdırılır. Kitabxana universitetin təhsil və tədqiqat ehtiyaclarını qarşılamaqla yanaşı, region ictimaiyyəti üçün də informasiya mənbəyi olacaq.
İnnovasiya Mərkəzinin tələbələrin təşəbbüslərini dəstəkləməsi, tədqiqat nəticələrinin tətbiqinə və universitet-sənaye əməkdaşlığına şərait yaratması nəzərdə tutulur. Mərkəz, həmçinin Qarabağın sosial-iqtisadi və texnoloji inkişafına yönələn təşəbbüslərə dəstək verəcək.
Əsas mənbə: APA
