Vətənim Media xəbər verir ki, 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam edib. Döyüşlər nəticəsində Şuşa da daxil olmaqla 300-dən çox yaşayış məntəqəsi azad edilib.
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması elan olunub. Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycana qaytarılıb. Zəfər Günü 2020-ci il dekabrın 3-də imzalanmış sərəncamla təsis edilib; 8 Noyabr ölkədə qeyri-iş günüdür.
Əsas mənbə: APA
