Vətənim Media xəbər verir ki, APA-nın husilərin nəzarətindəki Səhiyyə Nazirliyinə istinadən yaydığı məlumata görə, Yəmənin paytaxtı Sənanın şərqindəki Bəni Huşeyş bölgəsində yaşayış evlərinə endirilən hava zərbələri nəticəsində azı 33 nəfər ölüb, 39 nəfər yaralanıb. Ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilib.
Husilər hücumda Səudiyyə Ərəbistanını ittiham ediblər. Səudiyyə tərəfi hadisə ilə bağlı məlumatların araşdırıldığını açıqlayıb. Dağıntılar altında insanların qaldığı, yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu qeyd olunur.
Əsas mənbə: APA
