Vətənim Media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub. APA-nın məlumatına görə, o, pavilyonda nümayiş etdirilən stendlər və təqdim olunan layihələrlə tanış olub.
Pavilyonda Azərbaycanın şəhərləri, təbiəti, iqlimi, təhsil və səhiyyə sistemi, turizm imkanları və nəqliyyat infrastrukturu texnoloji vasitələrlə təqdim edilir. Ziyarətçilərə milli mətbəx nümunələrini dadmaq imkanı da yaradılıb.
Əsas mənbə: APA
