Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Belarusun xarici işlər naziri Maksim Rıjenkov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məxfi sənədlərinə çıxışını məhdudlaşdırmağı məqsədəuyğun sayıb. O, bu fikri “Belarus 1” telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, məxfi məlumatlardan inteqrasiya birliyini inkişaf etdirmək istəyən ölkələrin maraqlarına zidd istifadə oluna bilər. Rıjenkov Ermənistan xalqının deyil, ölkənin ali rəhbərliyinin KTMT və Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştiraka münasibətini dəyişdiyini deyib. O, İrəvanın bu qurumlarda iştirakını passiv adlandıraraq, Ermənistanın yalnız özünə sərf edən imkanlardan yararlandığını bildirib.
Əsas mənbə: APA
