Vətənim Media xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında pensiyaların ödənilməsinə 6 milyard 527 milyon manat yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 608 milyon manat və ya 10 faiz çoxdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin APA-ya verdiyi məlumata görə, ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. Noyabrın 1-nə orta aylıq pensiya 596 manata, yaşa görə orta aylıq pensiya isə 634 manata çatıb.
Yanvar-oktyabr aylarında 30 min pensiya elektron sistem vasitəsilə proaktiv qaydada təyin edilib. 2019-cu ilin əvvəlindən bu üsulla pensiya təyinatlarının sayı 208 minə çatıb.
Əsas mənbə: APA
