Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Böyük Britaniya Rusiyanın 10 əsas neft istehsalçısının hamısına sanksiya tətbiq edən ilk ölkə olub. Sanksiyalar barədə noyabrın 12-də Britaniya hökuməti məlumat yayıb.
Yeni paketə Rusiyanın neft və mayeləşdirilmiş təbii qazını daşıyan “kölgə donanması” gəmiləri, iri kömür şirkətləri, “Rosneft”in “Vostok Oil” layihəsi və “Slavneft” daxildir. Baş nazir Endi Börnhem Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısında çıxış edərək, Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş olsa da, Rusiyaya təzyiqi azaltmağın vaxtı olmadığını bildirib. O, Moskvanın tam atəşkəsə razılaşması və sülh danışıqlarına ciddi yanaşması üçün təzyiqlərin, o cümlədən neft gəlirlərinin azaldılmasının vacibliyini vurğulayıb.
Əsas mənbə: APA
