Vətənim Media xəbər verir ki, Göygöl rayonunun Hacıməlik qəsəbəsində açıq ərazidə Astara sakini, 1942-ci il təvəllüdlü M. Hüseynovun meyiti aşkarlanıb. APA-nın yerli bürosunun məlumatına görə, ilkin baxış zamanı onun üzərində zorakılıq əlamətləri qeydə alınmayıb.
Hüseynov noyabrın 8-də itkin düşüb. O, hərbi xidmətdə olan nəvəsinin Gəncədə keçirilən andiçmə mərasiminə qatılmaq üçün Astara rayonundan gəlmişdi. Meyit müayinə üçün məhkəmə-tibbi ekspertiza qurumunun rayon şöbəsinə təhvil verilib. Hadisə ilə bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
Əsas mənbə: APA
