Vətənim Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb.
Görüşdə siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulanıb, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün potensialın mövcudluğu qeyd edilib. Dövlət başçıları regional sülh gündəliyi, ikitərəfli münasibətlər və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparıblar.
Əsas mənbə: APA
