Vətənim Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemlə görüşüb. APA-nın Dublinə ezam olunmuş əməkdaşının məlumatına görə, görüşün əvvəlində iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə mübadilə edilib.
Tərəflər sənədin qəbulunun münasibətləri rəsmi olaraq keyfiyyətcə yeni səviyyəyə qaldıracağını vurğulayıblar. İlham Əliyev enerji sahəsində 30 ildən artıq davam edən əməkdaşlığa toxunaraq, Böyük Britaniyanın Azərbaycanda Avropanın ən böyük investoru olduğunu bildirib. Bərpaolunan enerji, yüksək texnologiyalar və süni intellekt sahələrində əməkdaşlıq imkanları da müzakirə edilib.
Görüşdə beynəlxalq gündəmdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Əsas mənbə: APA
