Vətənim Media xəbər verir ki, noyabrın 12-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təlimi açılıb. Təlimdə üç ölkədən 200-dən çox şəxsi heyət iştirak edir.
Müdafiə Nazirliyinin APA-ya verdiyi məlumata görə, təlim Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilir. Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC-nin Mühafizə departamentinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti də təlimə cəlb olunub. Təlim noyabrın 20-dək davam edəcək.
Təlimin məqsədi regional iqtisadi layihələrin və strateji obyektlərin mühafizəsində birgə fəaliyyəti əlaqələndirmək, həmçinin təbii resursların daşınması zamanı təhlükəsizliyi təmin etmək üzrə əməliyyat və analitik bacarıqları inkişaf etdirməkdir.
Əsas mənbə: APA
