Vətənim Media xəbər verir ki, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib: dövlət büdcəsinə ödənilən vergilərin 92 faizdən çoxu könüllü bəyan edilir. O, bu nəticədə vergi öhdəliklərinin icrasının sadələşdirilməsi, rəqəmsal xidmətlərin genişləndirilməsi və əvvəlcədən doldurulmuş bəyannamələrin təqdim edilməsini nəzərdə tutan prefiling sisteminin rolunu vurğulayıb.
Musayeva Bakıda keçirilən “Hüquq və uyğunluq” forumunda vergi şəffaflığının artırılması və könüllü vergi əməletməsinin təşviqi istiqamətində görülən işlərdən danışıb. O, sahibkarların potensial tərəfdaşları barədə məlumat əldə etməsinə imkan verən “Kontragentləri araşdır” elektron xidmətinin də bu məqsədlərə xidmət etdiyini qeyd edib.
Əsas mənbə: APA
