Tovuzda təhlükəsizlik pozuntularına görə yanacaqdoldurma məntəqəsi bağlanıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Tovuzda təhlükəsizlik pozuntularına görə yanacaqdoldurma məntəqəsi bağlanıb

Vətənim Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müfəttişləri Tovuz rayonunun Xatınlı kəndindəki yanacaqdoldurma məntəqəsində yoxlama aparıb. Yoxlamada insan həyatı və sağlamlığı üçün təhlükə yaradan bir sıra nöqsanlar aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, iki yanacaq çənində nəfəslik klapanları, eləcə də obyektin qeydiyyat və texniki sənədləri, müvafiq lisenziyası və razılaşdırılmış təxliyə planı olmayıb. Ərazidə ildırımötürücü qurğunun da quraşdırılmadığı müəyyən edilib. Pozuntuların dərhal aradan qaldırılması mümkün olmadığından məntəqənin istismarı dayandırılıb. Aktın bir nüsxəsi sahibkara verilib və ona nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələr təqdim olunub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗