Vətənim Media xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Konstantinovkada humanitar missiyadan zirehli texnika daşımaq üçün istifadə edə biləcəyi barədə iddiaları əsassız adlandırıb. APA-nın Moskva bürosunun məlumatına görə, Peskov bu iddiaların peykdən də görünən faktlarla təkzib olunduğunu bildirib.
Peskovun sözlərinə görə, humanitar missiya mülki şəxslərin istədikləri yerə getməsinə imkan yaratmalıdır. Moskva missiyanın iki ölkənin ombudsmanlarının rəhbərliyi və medianın monitorinqi ilə keçirilməsinə ümid edir. O, “xüsusi hərbi əməliyyat” zonasında humanitar missiyaların davam etdiriləcəyinə də ümid etdiyini deyib.
Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşündə Konstantinovkada humanitar missiya təşkil etməyi təklif edib və şəhərin beş gün ərzində minalardan təmizlənməsinə hazır olduqlarını bildirib. Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Dmitri Litvin isə Rusiyanın missiyadan qoşunların rotasiyası və hərbi texnikanın çatdırılması üçün istifadə edə biləcəyini deyib.
Əsas mənbə: APA
