Vətənim Media xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Eldar Məmmədovu 16 il 6 ay müddətinə azadlıqdan məhrum edib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
APA-nın məlumatına görə, hadisə ötən ilin oktyabrında Mehdiabad qəsəbəsindəki “Binəqədi Gənclər Şəhərciyi”ndə baş verib. Mübahisə zamanı Eldar Məmmədov Maşallah Cəfərovu bıçaqlayıb. Cəfərov xəstəxanaya aparılarkən yolda ölüb.
Məmmədova Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.
Əsas mənbə: APA
