Vətənim Media xəbər verir ki, Yasamal rayonu ərazisində avtobusda sərnişinin pulunu və mobil telefonunu talamaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin APA-ya verdiyi məlumata görə, saxlanılan şəxs əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş N. Əsgərovdur.
Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə də aşkarlanıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.
Əsas mənbə: APA
