Vətənim Media xəbər verir ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. APA-nın məlumatına görə, görüş Paşinyanın Dehlidən tranzit səfəri zamanı baş tutub.
Cayşankar “X” hesabında paylaşım edərək iki ölkə arasında iqtisadi, təhlükəsizlik, mədəni və xalqlararası əlaqələrin inkişaf etdiyini bildirib. O, Paşinyanın regiondakı son hadisələrlə bağlı fikirlərini yüksək qiymətləndirdiyini, Körfəzdəki və Ukraynadakı münaqişələri də müzakirə etdiklərini qeyd edib.
Əsas mənbə: APA
