Vətənim Media xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının Ukraynaya maliyyə yardımını məhdudlaşdırmaq çağırışlarına qarşı çıxıb. APA-nın məlumatına görə, Makron “X” hesabında belə addımın Ukraynanı ədalətsiz sülhə məcbur edə və Avropanı həssas vəziyyətə sala biləcəyini bildirib. O, bunu “məğlubiyyətçilik düşüncəsi” və növbəti müharibəyə aparan yol adlandırıb.
Makron Fransanın bu mövqeyi bölüşmədiyini, Parisin prioritetinin Ukrayna ilə əməkdaşlıq edərək ədalətli və davamlı sülhə nail olmaq olduğunu vurğulayıb. O, Avropanın münaqişənin həlli üzrə danışıqlarda tamhüquqlu iştirakını qitənin təhlükəsizliyi üçün vacib sayıb.
Fransa Prezidenti Avropanı müharibədən sonrakı prioritetlərini müəyyənləşdirməyə, Rusiyaya və ABŞ-a qarşı gözləntilərini aydın ifadə etməyə çağırıb. Onun sözlərinə görə, bu, Avropanın uzunmüddətli təhlükəsizliyi baxımından əhəmiyyətlidir.
Əsas mənbə: APA
