Millətlər Liqası: Portuqaliya Danimarkaya 1:4 hesabı ilə uduzub

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Millətlər Liqası: Portuqaliya Danimarkaya 1:4 hesabı ilə uduzub

Vətənim Media xəbər verir ki, UEFA Millətlər Liqasının V turunda Portuqaliya Danimarkaya 1:4 hesabı ilə məğlub olub. A Liqasının IV qrupunda Norveç isə Uelsi 3:1 hesabı ilə üstələyib.

B Liqasının II qrupunda Macarıstan Gürcüstanı 2:0 hesabı ilə məğlub edib. Şimali İrlandiya Ukraynaya 1:0, İsveç isə Bosniya və Herseqovinaya 3:2 hesabı ilə qalib gəlib. “Qarabağ”ın futbolçusu Aleksey Kaşuk Ukrayna yığmasının heyətində matça start heyətində başlayıb və sonadək meydanda qalıb.

“Sabah”ın futbolçusu Timoteuş Puxaçın çıxış etdiyi Polşa millisi Rumıniyaya 1:2 hesabı ilə uduzub. Puxaç görüşdə meydana çıxmayıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗