Vətənim Media xəbər verir ki, xarici işlər nazirinin müavini Elnur Məmmədov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Nazirlər Şurasının 30-cu iclasında iştirak etmək üçün İslamabada səfər edib.
Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Məmmədovu İslamabad Beynəlxalq Hava Limanında Pakistan Xarici İşlər Nazirliyinin əməkdaşları qarşılayıblar. Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Əsas mənbə: APA
