Vətənim Media xəbər verir ki, Media və Yayım Şurası Fransadan idarə olunan “YouTube” kanalında Gədəbəy rayonunun Söyüdlü kəndinin və ətraf yaşayış məntəqələrinin qızıl hasilatı məqsədilə boşaldılacağı barədə yayılan iddiaları əsassız adlandırıb. Bu barədə APA Şuranın açıqlamasına istinadən məlumat yayıb.
Şuranın bildirdiyinə görə, iddiaların dövlət qərarı kimi təqdim olunması əhali arasında təşviş yaratmağa, dövlət qurumlarına ictimai etimadı sarsıtmağa və cəmiyyətdə gərginliyi artırmağa yönəlib. Qurum qeyd edib ki, kanal daha əvvəl də Azərbaycanla bağlı dezinformasiya və manipulyativ məlumatlar yayıb.
Şura məsələ ilə bağlı platformaya rəsmi müraciət ünvanlandığını bildirib. Qurum ictimaiyyəti şayiələrə uymamağa, media subyektlərini və sosial şəbəkə istifadəçilərini isə məlumatları aidiyyəti qurumların rəsmi açıqlamaları əsasında yoxlamağa çağırıb.
Əsas mənbə: APA
