Vətənim Media xəbər verir ki, Ələt–Astara magistralının Salyan rayonundan keçən hissəsində “Hyundai Avante” markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəzada Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Almagül Ağayeva və Biləsuvar rayon sakini, 1981-ci il təvəllüdlü Nailə Ağayeva xəsarət alıblar. Ana və qız olan yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Əsas mənbə: APA
