Vətənim Media xəbər verir ki, Ağstafanın Çeyrançöl ərazisində sursatın partlaması nəticəsində yaralanan 1982-ci il təvəllüdlü kişinin vəziyyəti orta ağır qiymətləndirilir. APA-nın sorğusuna cavab olaraq TƏBİB bildirib ki, o, noyabrın 15-də saat 15:20 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Pasiyentə termiki yanıqlar və sağ bud nahiyəsində yaralar diaqnozu qoyulub. Zəruri tibbi yardım göstərildikdən və əməliyyat olunduqdan sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. Partlayışda xəsarət alan 1986-cı il təvəllüdlü kişi isə xəstəxanaya çatdırılmadan ölüb. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin birgə məlumatına görə, hadisə partlamamış hərbi sursata müdaxilə zamanı baş verib. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.
Əsas mənbə: APA
