Vətənim Media xəbər verir ki, CoinMarketCap-ın məlumatına əsasən, Bitcoin-in qiyməti son 24 saatda 0,50% artaraq 65 057,73 dollara yüksəlib. Bununla belə, kriptovalyutanın dəyəri son yeddi gündə 13,01%, son 30 gündə isə 20,13% azalıb.
Ethereum 0,55% bahalaşaraq 1 826,51 dollara çatıb. BNB və Zcash ucuzlaşaraq müvafiq olaraq 593,23 və 896,96 dollar olub. Bitcoin-in bazar kapitallaşması təxminən 1,31 trilyon dollar təşkil edib. CoinMarketCap 20 indeksi isə son sutkada 0,10% artaraq 130,37 bəndə yüksəlib.
Əsas mənbə: APA
