Vətənim Media xəbər verir ki, Milli Süni İntellekt Mərkəzi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkil etdiyi “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb. Tədbir “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilib.
11 və 13 noyabrda keçirilən hakatona 600-ə yaxın gənc müraciət edib. İlkin mərhələdə 25 komanda şəhər mühiti ilə bağlı layihələr hazırlayıb, onlardan 10-u finala yüksəlib. Finalda “NeuraCity”, “Humanİz” və “Zəngəzur” komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutub.
Əsas mənbə: APA
