Vətənim Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-oktyabr aylarında əlilliyi olan 130 minədək şəxsi reabilitasiya xidmətləri ilə təmin edib. Bu barədə nazirlik APA-ya məlumat verib.
Xidmət alanların 70 mini ambulator, 32,6 mini isə stasionar və icma əsaslı reabilitasiyadan yararlanıb. Digərlərinə səyyar və onlayn xidmətlər, eləcə də sosial-psixoloji dəstək göstərilib. Agentliyin müəssisələrində robotik reabilitasiya, yoqa, hippoterapiya və rəqs terapiyası kimi üsullar da tətbiq olunur.
Əsas mənbə: APA
