Vətənim Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektindəki obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib. Yanğının söndürülməsi üçün zəruri tədbirlər görülür.
Əsas mənbə: APA
