Şübhə yaranarsa, narkoloji müayinədən dərhal keçmək tələb olunacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Şübhə yaranarsa, narkoloji müayinədən dərhal keçmək tələb olunacaq

Vətənim Media xəbər verir ki, Nazirlər Kabineti peşə fəaliyyəti və yüksək təhlükə mənbəyi ilə bağlı işlərdə çalışan şəxslərin narkoloji müayinəsi qaydasına dəyişiklik edib.

Dəyişikliyə əsasən, həmin şəxslər işə qəbul zamanı və işlədikləri müddətdə ildə azı bir dəfə dövlət narkoloji tibb müəssisəsində müayinədən keçməlidirlər. Əmək funksiyasını yerinə yetirərkən davranışında psixikaya təsir edən maddənin təsiri altında olduğuna əsaslı şübhə yaranarsa, əsaslandırılmış qaydada dərhal müayinə olunmalıdırlar. Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər bu tələbdən istisnadır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗