Vətənim Media xəbər verir ki, noyabrın 16-da Tbilisidə I Azərbaycan–Gürcüstan Rektorlar Konfransı işə başlayıb. APA-nın Elm və Təhsil Nazirliyinə istinadən yaydığı məlumata görə, tədbir Gürcüstan Texniki Universitetində keçirilir və hər iki ölkənin universitet rəhbərləri ilə nümayəndələri iştirak edirlər.
Elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, Azərbaycanın ali təhsil müəssisələrində 1117 Gürcüstan vətəndaşı təhsil alır. Onun sözlərinə görə, ötən il Azərbaycanın 6, Gürcüstanın isə 7 universiteti arasında 7 əməkdaşlıq memorandumu imzalanıb.
Konfransda birgə tədqiqatlar, universitetlərarası tərəfdaşlıq və ikili diplom proqramlarının genişləndirilməsi müzakirə olunur. Tədbir çərçivəsində panel müzakirələri keçirilməsi və iki ölkənin ali təhsil müəssisələri arasında memorandumların imzalanması planlaşdırılır.
Əsas mənbə: APA
