Vətənim Media xəbər verir ki, bu ilin oktyabrında Azərbaycandan Gürcüstana 2,79 milyon ABŞ dolları göndərilib. Gürcüstan Milli Bankının məlumatına görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 21,78 faiz azdır. Azərbaycanın həmin ay Gürcüstana daxil olan pul köçürmələrində payı 0,97 faiz olub.
Əks istiqamətdə, Gürcüstandan Azərbaycana 7,3 milyon ABŞ dolları köçürülüb. Bu məbləğ illik müqayisədə 5,04 faiz artıb. Oktyabrda Gürcüstana xaricdən daxil olan köçürmələr 288,56 milyon, ölkədən xaricə göndərilənlər isə 37,3 milyon ABŞ dolları təşkil edib.
Əsas mənbə: APA
