Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
Görüşdə Azərbaycan–Aİ tərəfdaşlığı, əməkdaşlığın gündəliyi və regional, beynəlxalq proseslər müzakirə olunub. Tərəflər enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya əlaqələri, eləcə də regional sabitlik sahələrində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Hacıyev görüşdən məmnunluğunu ifadə edib.
Əsas mənbə: APA
