Vətənim Media xəbər verir ki, APA-nın ABŞ Mərkəzi Komandanlığının “X” hesabındakı paylaşımına istinadən yaydığı məlumata görə, “USS Theodore Roosevelt” (CVN-71) aviadaşıyıcısı noyabrın 15-də Hind okeanından keçərək komandanlığın məsuliyyət zonasında fəaliyyətini davam etdirib.
Aviadaşıyıcı əvvəlcədən planlaşdırılmış hərbi yerləşdirmə çərçivəsində bölgəyə gəlib. Bu, ABŞ-ın İranla gərginlik fonunda Yaxın Şərqdə hərbi mövcudluğunu artırdığı vaxta təsadüf edir. “Associated Press” isə ABŞ Prezidenti Donald Trampın İranla bağlı mümkün addımları nəzərdən keçirdiyini bildirib.
Əsas mənbə: APA
