Vətənim Media xəbər verir ki, Monqolustan Prezidenti Uxnaagiyn Xurelsux noyabrın 17-də vəzifəsindən istefa vermək qərarına gəldiyini açıqlayıb. “Central Asia Media” portalının məlumatına görə, qərar ona qarşı irəli sürülən ittihamlar və parlamentdəki Demokrat Partiyası fraksiyasının araşdırma tələbi fonunda verilib.
Xurelsux səlahiyyətlərini təhvil verəcəyini və şərəfini bərpa etmək üçün müvafiq qurumlara müraciət edəcəyini bildirib. O, fraksiyanın istefa və yoxlama tələbi ilə razılaşdığını, heç vaxt yalan danışmadığını, oğurluq etmədiyini və heç kimi aldatmadığını deyib. Prezident vəzifədə olduğu müddətdə mənimsəmə ilə məşğul olmadığını, qanunsuz əldə edilmiş vəsaitləri qaytarmağa çalışdığını da bildirib.
Əsas mənbə: APA
