Azərbaycan neftinin qiyməti 3,92 dollar azalaraq 98,76 dollara düşüb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Azərbaycan neftinin qiyməti 3,92 dollar azalaraq 98,76 dollara düşüb

Vətənim Media xəbər verir ki, dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin CIF qiyməti 3,92 dollar və ya 3,82 faiz ucuzlaşıb. “APA-Economics”in məlumatına görə, bir barelin qiyməti 98,76 dollar təşkil edib.

Əvvəlki qiymət 102,68 dollar olub. Azərbaycanın builki dövlət büdcəsində neftin bir bareli üçün orta qiymət 65 dollar götürülüb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗