Naxçıvanda qəza ilə bağlı cinayət işi açıldı: bir nəfər öldü, iki nəfər yaralandı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Naxçıvanda qəza ilə bağlı cinayət işi açıldı: bir nəfər öldü, iki nəfər yaralandı

Vətənim Media xəbər verir ki, noyabrın 14-də Naxçıvan-Ordubad magistral yolunun Aşağı Əylis kəndi yaxınlığında baş verən qəza ilə bağlı cinayət işi başlanıb. APA-nın məlumatına görə, iş Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə açılıb.

“Hyundai” markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynəliyev ölüb, Əmrah Məmmədov və Təbriz Zeynalov xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır; qəza iştirakçılarının hər üçü qazi olub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗