Bakıda 576 pirotexniki vasitə qanunsuz dövriyyədən çıxarılıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Bakıda 576 pirotexniki vasitə qanunsuz dövriyyədən çıxarılıb

Vətənim Media xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonunda keçirilən əməliyyat zamanı minik avtomobilindən ümumilikdə 576 pirotexniki vasitə aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin APA-ya verdiyi məlumata görə, vasitələr Azərbaycan vətəndaşının idarə etdiyi avtomobildəki yeddi karton qutuda olub. Onlar iki adda pirotexniki vasitədir və qanunsuz dövriyyədən çıxarılıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗