Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Media və Yayım Şurası Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı müddəanın yeni məhdudiyyət olmadığını bildirib. Şuranın açıqlamasında son günlər bu barədə yayılan məlumatlar həqiqətə uyğun olmayan və ictimai rəyi çaşdıran yanaşma kimi qiymətləndirilib.
Şuranın bildirdiyinə görə, “Dini etiqad azadlığı haqqında” Qanunun 4-1.3-cü maddəsi din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda, vəzifədə olduqları müddətdə peşəkar dini fəaliyyətlərinin dayandırılmasını əvvəlcədən nəzərdə tutub. Dövlət Qulluğu Məcəlləsinin 20.2.8-ci maddəsi bu tələbi sistemləşdirir. Müddəa dini etiqada və ya təhsilə deyil, peşəkar dini fəaliyyətlə məşğul olan şəxslərin statusuna aiddir.
Media və Yayım Şurası müddəanın dini mənsubiyyətə görə məhdudiyyət kimi təqdim edilməsinin qanunvericiliyin mahiyyətini təhrif etdiyini bildirib. Şura media subyektlərini və sosial şəbəkə istifadəçilərini hüquqi məlumatları rəsmi mənbələrə əsaslanaraq, əvvəlki tənzimləmələri nəzərə almaqla yaymağa çağırıb.
Əsas mənbə: APA
