Vətənim Media xəbər verir ki, Yevlax rayonunda baş verən yol qəzasında sürücü Tural Əliyev və sərnişin Pəri Məstəliyeva həyatını itirib.
APA-nın məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. “İnfiniti” markalı avtomobil yoldan çıxaraq aşıb. 2000-ci il təvəllüdlü qadın Yevlax Rayon Mərkəzi Xəstəxanasına ölü vəziyyətdə çatdırılıb.
Əsas mənbə: APA
