21 günlük minimum əmək məzuniyyətinin pulla əvəzlənməsi qadağan olunur

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
21 günlük minimum əmək məzuniyyətinin pulla əvəzlənməsi qadağan olunur

Vətənim Media xəbər verir ki, Milli Məclisdə Əmək Məcəlləsinə təklif olunan dəyişiklik müzakirəyə çıxarılıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddəti olan 21 təqvim günü, əmək müqaviləsinə xitam verilərkən kompensasiya ödənilməsi istisna olmaqla, pulla əvəz edilə bilməyəcək.

Dəyişiklik layihəsində məzuniyyətin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi qaydalarının dəqiqləşdirilməsi, həmçinin əlaqəli sahəvi qanunvericiliyin uyğunlaşdırılması nəzərdə tutulur. Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗