Vətənim Media xəbər verir ki, Binəqədi rayonunda 23 yaşlı qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. APA-nın məlumatına görə, hadisə dünən saat 15:00 radələrində baş verib.
Qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb. Polis cinayəti törətməkdə şübhəli bilinən onun ögey qardaşı A. Mehdiyevi saxlayaraq istintaqa təhvil verib.
Əsas mənbə: APA
