Vətənim Media xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada hökumət əleyhinə nümayişə təxminən 25 min nəfər qatılıb. “Dennik N” portalının məlumatına görə, aksiyalar liberal müxalifət partiyalarının təşkilatçılığı ilə ölkənin müxtəlif şəhərlərində keçirilib.
Bratislavadakı nümayişdə çıxış edənlər 2027-ci ilin sentyabrında keçirilməsi planlaşdırılan parlament seçkiləri öncəsi liberal partiyaları daha sıx əməkdaşlığa çağırıblar. Etirazçılar növbədənkənar parlament seçkilərinin keçirilməsini də tələb ediblər. Hökumətin parlamentdə əvvəlki çoxluğunu itirdiyi və 150 deputatlı Milli Şurada 75 deputatın sabit dəstəyinə arxalandığı bildirilir.
Aksiyalar noyabrın 17-də qeyd olunan Totalitarizmə Qarşı Mübarizə Gününə təsadüf edib. 1989-cu il noyabrın 17-də Çexoslovakiyada kommunist hakimiyyətinin süqutuna gətirib çıxaran Məxməri inqilab başlanmışdı.
Əsas mənbə: APA
