Vətənim Media xəbər verir ki, CoinMarketCap məlumatına əsasən, Bitcoinin qiyməti son 24 saatda 0,84 faiz azalaraq 64 354,46 dollar olub. Son yeddi gündə kriptovalyuta 12,6 faiz dəyər itirib.
Ethereum 1,34 faiz ucuzlaşaraq 1 803,38 dollara, BNB isə 0,35 faiz azalaraq 591,36 dollara düşüb. Bununla yanaşı, Zcash 3,48 faiz bahalaşaraq 952,41 dollara, Monero isə 2,8 faiz artaraq 506,96 dollara çatıb.
Kriptovalyuta bazarının ümumi kapitallaşması sutka ərzində 0,54 faiz azalaraq 2,19 trilyon dollar təşkil edib. Likvidasiyaların həcmi 46,56 faiz artaraq 381 milyon dollara çatıb, “Qorxu və tamah” indeksi isə 13 bəndə enib. Analitiklər enişi riskli aktivlərə marağın zəifləməsi və satış təzyiqinin qalması ilə əlaqələndirə biləcəyini bildirirlər.
Əsas mənbə: APA
